xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Dedilər, o sözü silsək, veriliş maraqsız alınacaq” — Fərqanə Qasımova Okan Bayülgenin yalanını çıxardı

14-01-2020, 09:33 34 dəfə baxılıb

“Dedilər, o sözü silsək, veriliş maraqsız alınacaq” — Fərqanə Qasımova Okan Bayülgenin yalanını çıxardı


Türkiyənin məşhur şoumeni Okan Bayülgenin, “Okan Bayülgenle uykusuzlar klübü” verilişində Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovaya ünvanlanan “kayırmak” ifadəsinin böyük rezonansa səbəb oldu. Məsələ ilə bağlı Okan Bayülgən növbəti verilişində açıqlama verərək, “Lazım gələrsə, üzr istəyərəm, amma ortada üzr istənməli bir vəziyyət yoxdur, mənə həmin ifadənin Azərbaycan dilində pis məna verdiyi ilə bağlı xəbərdarlıq edilmədi” söylədi.

 Kulis.az-a açıqlama verən Əməkdar artist Fərqanə Qasımova isə Okan Bayülgenə və çəkiliş qrupuna həmin ifadə ilə bağlı etirazını bildirdiklərini deyib:

“Biz verilişin çəkilişi bitən kimi aparıcıya da, verilişin rəhbərinə də həmin ifadə ilə bağlı etirazımızı bildirdik. Onlara izah etdik ki, ordakı ifadə Azərbaycanda birmənalı qarşılanmayacaq. Çünki türk dilində istifadə olunan sözügedən ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Veriliş yayımlanandan sonra yenidən əlaqə saxladım, onlardan da belə bir cavab gəldi ki, qəti şəkildə həmin hissəni kəsə bilməzlər, çünki o zaman veriliş maraqsız olacaq”.

Əməkdar artist sosial şəbəkələrdə Okan Bayülgenin sənətçilərimizi ələ saldığı ilə bağlı dolaşan söz-söhbətə də aydınlıq gətirib. O qeyd edib ki, ələ salmadan söhbət gedə bilməz:

“Mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm. Günaha girmək istəmərəm. Amma verilişi tam şəkildə izləyənlər özləri də görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşıb”.

Xatırladaq ki, məlum ifadə türk dilində “havadarlıq etmək” anlamına gəlir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi