xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

“Nə qədər qışqırarlar?” — Elzanın xanəndələrlə qalmaqalı - VİDEO

3-12-2019, 15:45 78 dəfə baxılıb

“Nə qədər qışqırarlar?” — Elzanın xanəndələrlə qalmaqalı - VİDEO


Əməkdar artist Elza Seyidcahan bu dəfə xanəndələrlə qalmaqal yaşayıb.
Axşam.az xəbər verir ki, buna isə onun muğam ifaçılarının ünvanına “ATV maqazin onlarla” proqramında səsləndirdiyi aşağıdakı fikirlər rəvac verib:

“Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.

Onun bu fikirlərinə Xalq artisti Mələkxanım Əyyubova “Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır” sözləri ilə cavab verib.

Əməkdar artist Ehtiram Hüseynov isə E.Seyidcahanın dediklərini öz üstünə şamil etməyib.
Xanəndə İlkin Əhmədov isə sənətçinin ünvanına “Dinləyə bilməyən çölə çıxsın” sözlərini işlədib.

Əməkdar artist Fərqanə Qasımova bunların günahını tamaşaçıda görüb:

“Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib. “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm” deyə, sənətçi söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi