xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Ermənilərə “super” yazırsınız” — Dadaşdan Brillianta - VİDEO

15-11-2019, 11:47 50 dəfə baxılıb

“Ermənilərə “super” yazırsınız” — Dadaşdan Brillianta - VİDEO

“Fəxri ad vermək dövlətimizin sənətçiyə olan diqqətidir. Xalqın yadında kim qalacaqsa, kimin səsi mədəniyyətimizə öz töhfəsini verəcəksə, bunu zaman göstərəcək. Məşhurlaşmaq olar, pul və “day-day” gücünə gözəl kliplər, mahnıya ərsəyə gətirmək olar. Fitri istedad isə başqa şeydir”.
Bu sözləri “3D” proqramında Xalq artisti Brilliant Dadaşova deyib.

Sənətçi Azərbaycandakı “şou-biznes” anlayışını belə xarakterizə edib:

“Bizimkilər “şou-biznes” sözünü eşidib, elə bir şey etmək istəyirlər. Bizimki kimisə ifşa etmək, biabır etmək, şər atmaq, özünü gündəmə gətirmək üçün böyük akulaya söz atmaqdır. Əslində, şou sənə gəlir gətirməlidir. Prodüser konsertlər təşkil etməlidir. Bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Müğənni hər rayonda konsertlər etməli, pul qazanmalıdır. Onda bu qismən şou-biznesə yaxın bir şey sayılır”.

B.Dadaşova müğənnilər üçün davamlı olaraq vergi verməyin düzgün olmadığını bildirib:

“Toylardan gələn gəlir olmasa, gərək məndən mahnı, klip gözləməsinlər. Özüm bir studiya belə aça bilməmişəm. Toya gedəndə vergi ödəyirik. Əslində, vergi ödəməməliyik. Çünki bizi hər zaman toya çağırmırlar. Türkiyədə bu “ekstra” adlanır. Olanda vergi ödəməlisən. Amma bizdə olsa da, olmasa da, ödəməliyik. Elə vaxt olur ki, üç ay toya getmirəm, amma vergi ödəyirəm. Bir vaxt mənə dedilər ki, 22 min manat vergiyə pul ödəməlisən. Bu, 2015-ci ildə idi. Dedim ki, axı, o qədər qazanmamışam. Söylədilər ki, filan şadlıq sarayında 30 dəfə olmusunuz. Halbuki oranı tanımırdım. Sonra auditlə danışdıq, onlar hər şeyi yerinə qoydu”.
Müğənni oğlu Cahadın iş tapa bilməməsindən şikayətlənib:

“Rüşvət istəsələr işim düzələrdi. Nə elə olur, nə də belə. Qohum-əqrəbamda çox insan işsizdir. Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da oxudu, gələndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim. Lakin heç kim məni qəbul etmədi”.

Erməni musiqiçinin ifasına xoş sözlər yazmağı barədə də danışan B.Dadaşova bundan sonra da ənənəsinə sadiq qalacağını söyləyib:

“Əgər mahnılarımızı kimsə ifa edirsə, mütləq ona nəsə yazmalıyam ki, o musiqi bizimdir. Yazıram ki, “super tərəkəmə”, “super mahnı”. Mahnının bizim olmasını sübut etmək mənasızdır. Daha vacib işlərimiz var. Bundan sonra istənilən musiqiçi mahnımızı yaxşı ifa etsə, mən ora “super” yazacam. Onun milləti mənim üçün maraqlı deyil. Musiqi ruhun qidasıdır. Ruhun milləti olmur. Yaxşı insan və pis insan var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi