xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq

29-07-2026, 13:16 3 dəfə baxılıb

Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq


Müxtəlif səbəblərdən vətəndaşlar bəzən yaşadıqları və ya sahib olduqları evin üzərinə həbs qoyulduğunu öyrənirlər. Bu hal daha çox borc öhdəlikləri, məhkəmə qərarları və ya icra prosesləri zamanı baş verir. Lakin bir çox şəxslər evin hansı hallarda həbs edilə biləcəyini və bunun hüquqi əsaslarını dəqiq bilmirlər.

Evin üzərinə hansı hallarda həbs qoyula bilər? Bu qərar hansı hüquqi əsaslarla verilir və vətəndaş belə bir vəziyyətlə üzləşərsə, öz hüquqlarını necə müdafiə edə bilər?

Bu barədə açıqlama verən əmlak eksperti Firdovsi Xəlilovun sözlərinə görə, vətəndaşlar ilk növbədə anlamalıdırlar ki, sahib olduqları əmlak əbədi deyil və müəyyən hallarda əl dəyişdirə, hətta tamamilə əldən çıxa bilər:

“Əmlakın öz iradənizlə alqı-satqı, vəsiyyət və ya bağışlama yolu ilə başqasına keçməsi öz yerindədir. Amma elə hallar var ki, bina istismar müddətini başa vurur, yararsız hala düşür və ya sadəcə vətəndaşın etdiyi və ya yerinə yetirmədiyi əməllərə görə əmlakı əlindən çıxır. Evin üzərinə həbs qoyulması da tam olaraq bu öhdəliklərin nəticəsidir. Bir neçə halda əmlaka həbs qoyula bilər və bunun əsas səbəbi vətəndaşın götürdüyü öhdəliklərə görə birbaşa məsuliyyət daşımasıdır”.

Ekspert əlavə edib ki, borc və ya icraat zamanı şəxsin nağd vəsaiti və ya likvid əmlakı olmadıqda, qanunla bu tələb onun daşınmaz əmlakına, yəni evinə yönəlir:

“Hətta başqasına zamin duran vətəndaşlar da unutmamalıdırlar ki, əsas borcalan ödəniş etmədikdə, məsuliyyət zaminin üzərinə düşür və onun evi təhlükə altına girir. Bəs nə üçün banklar sizə borc verəndə mütləq əmlak təminatı istəyirlər? Banklar xeyriyyə müəssisəsi deyil. Onların əmlak tələb etməsi sizin ödəniş öhdəliyinizi və məsuliyyətinizi artırmaq üçündür. Əmlak burada bir zəmanətdir ki, öhdəlik yerinə yetirilmədikdə proses həmin əmlakın üzərinə həbs qoyulmasına və hətta itirilməsinə qədər gedib çıxa bilər. Bir sözlə, maliyyə və borc münasibətlərində diqqətli olmaq lazımdır: öhdəlik vaxtında icra olunmadıqda, qanun qarşısında cavabdehlik ilk növbədə elə həmin “əbədi hesab edilən” əmlakla ödənilir”.//Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi