xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq

Bugün, 09:32 3 dəfə baxılıb

Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq


Heyvan bazarlarında tətbiq edilən yeni baytarlıq-sanitariya qaydaları və identifikasiya tələbləri qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bu dəyişikliklər həm heyvanların sağlamlığına nəzarətin gücləndirilməsi, həm də istehlakçıların qorunması baxımından əhəmiyyətli hesab olunur. Əsas sual isə ondan ibarətdir ki, bu qaydalar hansı risklərin qarşısını alır və vətəndaşlar üçün nə kimi üstünlüklər yaradır.

"Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, heyvan bazarlarında tətbiq edilən baytarlıq və sanitariya qaydaları insanların daha təhlükəsiz qida əldə etməsinə xidmət edir.

"Bu qaydalar bazarlara xəstə heyvanların çıxarılmasının qarşısını alır, nəzarətsiz ət satışını məhdudlaşdırır və zoonoz xəstəliklərin, bruselyoz, qarayara və digər infeksiyaların bazardan insanlara, yəni qida vasitəsilə yayılmasının qarşısını alır. Ümumilikdə, bu tədbirlər “fermerdən süfrəyə” qədər olan zəncirdə məhsulun təhlükəsiz şəkildə istehlakçıya çatdırılmasını təmin edir. Əsas məqsəd heyvan mənşəli məhsulların sağlam və nəzarətli formada insanlara təqdim olunmasıdır".

Ekspert bildirib ki, digər tərəfdən, bəzi hallarda fermer məhsullarının qeyri-qanuni yollarla satışına da rast gəlinir.

"Bu zaman baytarlıq nəzarəti həyata keçirilmir, heyvanların saxlanma şəraiti və sağlamlıq vəziyyəti yoxlanılmır. Bəzi hallarda heyvanlar bazarlardan keçmədən birbaşa satış nöqtələrinə çıxarılır. Bu isə ətin üzərində baytarlıq ştampının olmaması və müayinə prosesindən kənarda qalması deməkdir. Bütün bunları nəzərə aldıqda, baytarlıq və sanitariya qaydalarının tətbiqi birbaşa insanların sağlamlığının qorunmasına xidmət edir. Nəticə etibarilə, süfrəmizə gələn heyvan mənşəli məhsulların təhlükəsizliyi yalnız bu nəzarət mexanizmləri vasitəsilə təmin oluna bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi