xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bayramda onları işlətmək olmaz - Maaşları da çox olmalıdır

26-12-2025, 09:33 3 dəfə baxılıb

Bayramda onları işlətmək olmaz - Maaşları da çox olmalıdır


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri yaxınlaşır. Bu il bayram tarixlərinin çərşənbə, cümə axşamı və cümə günlərinə düşməsi səbəbindən ölkə üzrə ardıcıl 5 gün istirahət nəzərdə tutulur. Ancaq bəzi sahələr var ki, həmin günlərdə də fəaliyyətini dayandırmır və əməkdaşlar iş başında olurlar.

Bəs bayram günlərində işləyənlərin hüquqları qanunla necə qorunur?

məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, fasiləsiz fəaliyyət göstərən sahələrdə - o cümlədən nəqliyyat, enerji və digər strateji istiqamətlərdə - iş prosesi bütün həftə boyunca davam edir. Bu sahələrdə çalışanlar üçün bayram və istirahət günlərində növbəli iş rejimi tətbiq olunur.

Ekspertin sözlərinə görə, adətən 5 və ya 6 günlük iş qrafiki ilə çalışan əməkdaşlar bayram günlərində işə cəlb edilərsə, onların əməyinə xüsusi qaydada ödəniş edilməlidir. Belə ki, həmin günlərdə görülən işə görə işçiyə günlük əməkhaqqının ikiqatı ödənməlidir.

Eyni zamanda, Əmək Məcəlləsi işçiyə seçim imkanı verir. Belə ki, bayram günü çalışan əməkdaşın istəyi ilə ona əlavə ödəniş əvəzinə başqa bir istirahət günü də təqdim edilə bilər.

Qeyd edək ki, qanunvericilikdə bəzi işçi qrupları üçün isə xüsusi məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, hamilə qadınlar, 14 yaşadək uşağı olan analar, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar bayram günlərində yalnız yazılı razılıq əsasında işə cəlb edilə bilər. Yaşı 18-dən az olan şəxslərin isə bayram günlərində işləməsinə tam qadağa qoyulub.(milli.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi