xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

Azərbaycanda pensiya yaşı artırılır? – AÇIQLAMA

17-10-2025, 13:15 10 dəfə baxılıb

Azərbaycanda pensiya yaşı artırılır? – AÇIQLAMA


Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Bildirilir ki, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir. Maliyyə Nazirliyinin bu proqnozu pensiya yaşının artırılıması ilə bağlı suallar doğurur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, hazırda pensiya yaşının artırılması müzakirə olunmur və bununla bağlı hər hansı bir layihə də təqdim olunmayıb:

“Ümumiyyətlə, pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlərdən hesab olunur. Bu baxımdan, təbii ki, islahatların bu istiqamətdə dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir”.

V.Bayramov vurğulayıb ki, strategiyada qeyd edilən məsələ daha uzumüddətli dövr üçün nəzərdə tutulan məsələlərdir və bu dövrdə də xüsusən də əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir:

“Ancaq hazırda daha çox özəl pensiya fondlarının yaradılması, pensiya-sığorta münasibətlərinin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir və bu istiqamətdə də addımların atılacağı gözlənilir. Konkret pensiya yaşının dəyişdirilməsi ilə bağlı hər hansı bir layihə müzakirə olunmayıb və bununla bağlı hər hansı bir layihə də təqdim olunmayıb. Ancaq sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa çalışır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi