xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanda pensiya islahatları olacaq

16-10-2025, 09:20 5 dəfə baxılıb

Azərbaycanda pensiya islahatları olacaq


Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək.

Bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Sənədə əsasən, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir.

“Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.

Mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin “Dünya Əhalisinin Perspektivləri” hesabatına görə 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir.

Eyni zamanda, 15–64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isəazalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.

Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir”, - sənəddə deyilir.

Əlavə edilib ki, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir:

“2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edob və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Qeyd olunan demoqrafik yaşlanma, qeyri-formal məşğulluq, əmək bazarındakı struktur dəyişiklikləri və qlobal çağırışlar fonunda əhalinin pensiya təminatının kəmiyyət və keyfiyyətcə artan müasir tələblərə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Pensiyaçıların dayanıqlı, ədalətli və etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Bu kontekstdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi pensiya sisteminin uzunmüddətli sabitliyi və gələcək maliyyə davamlılığının təmin olunmasında vacib alət kimi çıxış edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi