xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!

1-06-2021, 13:48 249 dəfə baxılıb

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!


Ağsu rayonunda barama qəbuluna başlanılıb

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!


Ağsu rayonunda kümçülər yeni istifadəyə verilən barama emalı məntəqəsində yetişdirdikləri məhsulun təhvilinə başlayıblar. Baramaçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Cari ildə rayonda 62 kümçü tərəfindən 120 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Yetişdirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul olunur.
Barama qəbulunun ilk günündə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, əlaqədar təşkilatların nümayəndələri, mütəxəssislər də məntəqəyə gəlib, kümçülərlə görüşüb, təhvilvermə prosesi ilə maraqlanıblar. RİH başçısı kümçülərlə görüşdə rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsində onlara uğurlar arzulayıb, bu sahədə lazımi köməyin göstəriləcəyini bildirib.

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!
Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!


Kənd Təsərrüfatı naziri Ağsu rayonunun kənd təsərrüfatı müəssisələrində olub, fermer təsərrüfatlarına baş çəkib

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!


Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birlikdə rayondakı kənd təsərrüfatı müəssisələrinə baş çəkib, taxıl biçininə hazırlıq işləri ilə tanış olub, intensiv bağlarda və heyvandarlıq məüssisələrində görülən işlərlə maraqlanıb.
Ağsu rayonunda yeni baramaqurutma məntəqəsi inşa edilərək istifadəyə verilib. 2021-ci il mövsümündə müəssisədə ilk dəfə ipəkqurdu toxumunun inkubasiyası həyata keçirilmiş, kümçülərə paylanılmışdır. Kümçülərdən alınacaq yaş barama bu müəssisədə toplanaraq “Azərİpək” ASC-yə təhvil veriləcəkdir.
“Aqroservis” ASC-nin Ağsu rayon bölməsində taxıl biçininə hazırlıq prosesi ilə əlaqədar kombaynlara texniki baxış başa çatıb, təmir işləri yekunlaşıb.
Rayonda son illər dövlət dəstəyi ilə intensiv bağların salınmasına maraq artmışdır. Bu istiqamətdə müasir üsulla salınmış alça bağında məhsul yığımına başlanıb. 11 hektar sahədə salınmış bağda müasir damla sulama sistemi quraşdırılıb, hər hektara vegetativ calaqaltısı olan 880 ting əkilib.
42 hektar sahədə salınmış intensiv badam bağında məhsul yığımı ərəfəsində son aqrotexniki işlər aparılır. Cərgələr arasında şum aparılır, dərmanlama həyata keçirilir. Rayonun təbii-coğrafi iqlim şəraiti alça, badam, nar, əncir, zeytun yetişdirməyə imkan verir.
Sonra rayonundakı müasir heyvandarlıq müəssisəsinə baş çəkilib, görülən işlərlə tanış olunub.

Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!
Rövşən Bağırov: Bu şanlı Qələbə tarixdə əbədi qalacaq!


Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov - Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyət davam edir. Artıq bir sıra istiqamətlərdə, xüsusən, regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmiryol xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Ağdama səfər edibdir. Səfər zamanı bir çox obyektlərin təməli qoyulub, dövlətimizin başçısına Ağdam şəhərinin baş planı təqdim olunub. Cənab Prezident Şah­bulaq qalasında olarkən ona abidənin yenidənqurma planı təqdim edildi. Səfər çərçivəsində Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyulub. Bu məktəbin çox böyük, 140 illik tarixi var. Bundan başqa, gələcəkdə yeni iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyulub. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə insan işlə təmin ediləcək. Həmçinin, Bərdə–Ağdam avtomobil yolunun təməli qoyulub və yaxın gələcəkdə yol istismara veriləcək. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. Eləcə də, imarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Dövlət başçısına Ağdamda yaradılacaq Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi haqqında məlumat verildi, həmin muzeylər kompleksinin İtaliya şirkəti tərəfindən hazırlanmış konsepsiyası təqdim edildi. Eləcə də, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq meşə zolağı olacaq. Süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcəkdir. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Artıq işğaldan azad edilmiş ərazilər bir-birinin ardınca bərpa olunur, təxminən 30 ildən bəri gözləri yollarda qalmış, Vətən həsrəti ilə qovrulmuş vətəndaşlarımızın ləyaqətli şəkildə öz yurd-yuvalarına qayıtmaları üçün tədbirlər görülür. Azərbaycan ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyev, həmişə olduğu kimi, nəzərdə tutduğu bütün tədbirləri ardıcıllıqla həyata keçirəcək və işğaldan azad olunmuş bütün ərazilərimiz çiçəklənən diyara çevriləcək.

Eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan 30 illik işğalı dövründə ərazilərimizdə hər şeyi məhv edib və talayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmi dövlət siyasəti səviyyəsində apardığını, faşizm rejiminin təsirləri nəticəsində tarixi abidələrin talan edilməsini, dağıdılmasını, meşələrin yandırılmasını, eləcə də regionda sülhün, təhlükəsizliyin qarşısında əngəl olduğunu bir daha gördü. Vandal ermənilər işğal etdikləri şəhər və kəndlərimizi, tarixi, milli, dini abidələrimizi demək olar ki, yer üzündən silmək məqsədini güdürdülər. Bu ərazilərdə olan mədəni-tarixi abidələrimiz, məscidlər, kilsələr, binalar, evlər, nə varsa hamısını yerlə-yeksan etməklə, dünyaya göstərdilər ki, erməni kimdir. Bu millətin xislətini işğaldan azad olunmuş ərazilərimizə baxanda daha aydın görmək olur.

Ancaq münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində təcavüzkara-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”. Prezident çıxışında Qələbəmizi şərtləndirən amillərə bir daha xüsusi diqqət çəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi... İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır... Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə, heç vaxt Qələbə qazanmazsan”.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin böyük həqiqətləri ifadə edən bu fikirlərində Qafqaza marağını gizlətməyən dairələrə də ciddi mesaj yer alırdı. Prezidentimiz faktiki olaraq bildirdi ki, Ermənistanın öz dövlət müstəqilliyindən imtina yolunu seçməsinə uymasınlar. Torpaqlarımızın bir qarışını da belə güzəştə getməyən Azərbaycan dövləti və xalqımız üçün müstəqillik Qarabağ qədər müqəddəs və əbədi seçimdir. Bu, torpaq həsrətimizə son qoyulmasının, milli qürurumuzun qorunmasının və şanlı Qələbəmizin təməlində bu illər ərzində məhz onun siyasi iradəsi və qətiyyəti dayanıb. Eləcə də, Ermənistanın müharibədə məğlubiyyəti, bu vaxtadək aparmış olduğu işğal siyasəti, habelə faşizm rejimi və törətdikləri digər əməllər onun tənəzzülünü sürətləndirib. Bu gün böhran içində olan Ermənistan rəhbərliyi yalnız bir-birini günahlandırmaqla təsəlli tapır, başa düşmür ki, günah hamısındadır. Azərbaycan güclü, qüdrətli olmasına baxmayaraq, münaqişənin hər zaman sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Nəticə isə onlar üçün çox ağır oldu. Ermənistan yaşadıqlarından dərs çıxarmalı, bir daha hər hansı təxribat fikrinə düşməməlidir.

Beləliklə, artıq bu gün Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti, yüksək səriştəli idarəçiliyi sayəsində Azərbaycan təkcə regionda deyil, bütün dünyada qüdrətli dövlətlərdən birinə çevrilib. Biz indi xalqımızın çoxminillik tarixinin ən şərəfli dönəmini yaşayırıq. Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində yağı düşmən üzərində tarixi zəfər qazanmışdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının qələbə əzmini, yenilməz iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi