xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Əhaliyə ŞAD XƏBƏR! Dövlət qurumu RƏSMƏN AÇIQLADI

9-04-2021, 13:35 37 dəfə baxılıb

Əhaliyə ŞAD XƏBƏR! Dövlət qurumu RƏSMƏN AÇIQLADI


İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq...
Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.

Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.

"Ölkə.Az" xəbər verir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Turan”a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib:

"Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi”.

Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi