xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 15:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Ceyhun Bayramov Estoniya hökumətinə təşəkkür etdi

Bugün, 12:11 2 dəfə baxılıb

Ceyhun Bayramov Estoniya hökumətinə təşəkkür etdi


“Estoniyanın Azərbaycanda səfirliyinin açılması sadəcə diplomatik nümayəndəliyin fəaliyyətə başlaması deyil, ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətimizin bariz göstəricisidir”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Nazir səfirliyin açılışını iki ölkə arasındakı münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirib.

“İlk növbədə, bu mühüm hadisə münasibətilə estoniyalı həmkarımı, səfirliyin bütün əməkdaşlarını və hər birimizi təbrik etmək istəyirəm. Bu qərara görə Estoniya hökumətinə, xüsusilə də əziz dostum, xarici işlər nazirinə təşəkkürümü bildirirəm”, – Ceyhun Bayramov qeyd edib.

XİN başçısı Estoniyanın Azərbaycana təyin olunmuş ilk rezident səfiri Tiina Nirki də təbrik edib, ona və səfirliyin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ceyhun Bayramov vurğulayıb ki, Bakıda Estoniya səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərin daha da inkişafına yeni imkanlar yaradacaq.

“İnanıram ki, artıq Bakı və Tallində fəaliyyət göstərən iki səfirliyin səyləri və fəallığı sayəsində ölkələrimiz arasında əlaqələr, siyasi dialoq və müxtəlif sahələrdə həyata keçirilən çoxsaylı əməkdaşlıq layihələri daha da inkişaf edəcək və genişlənəcək”, – nazir bildirib.

O, Azərbaycan-Estoniya münasibətlərində yeni mərhələnin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi