xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:49 – Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 12:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 11:50 – İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 
  • 11:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 

Sahibə Qafarov İslam dünyasına çağırış etdi

Dün, 12:03 1 dəfə baxılıb

Sahibə Qafarov İslam dünyasına çağırış etdi


İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına (İƏTPİ) sədrlik Azərbaycanın İslam dünyasında həmrəyliyi və sıx əlaqələri gücləndirməyə sadiqliyini əks etdirir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) koordinasiya iclasında çıxışı zamanı deyib.
Spiker S. Qafarova bu iclasın Azərbaycan parlamentinin sədrliyi altında keçirildiyini qeyd edərək bildirib ki, İƏTPİ Konfransının 20-ci sessiyası bu ilin iyununda Bakıda uğurla baş tutdu və parlamentimiz bu təşkilata sədrliyi qəbul edib.

Milli Məclisin sədri İƏTPİ-nin 20-ci Konfransının Prezidenti kimi, birlikdə görülən işləri yüksək dəyərləndirərək diqqətə çatdırıb ki, bu təşkilat fərqli milli təcrübə və perspektivlərə malik parlamentləri bir araya gətirir və onların hamısı dialoq, həmrəylik və parlament əməkdaşlığına sadiqdirlər.

Bildirilib ki, Azərbaycan İƏTPİ sədrliyini qəbul edərkən sülh, ədalət, həmrəylik, tolerantlıq və insan ləyaqətini, həmçinin dayanıqlı və inklüziv inkişafı əsas götürüb.

Spikerin sözlərinə görə, təcrübə göstərir ki, müxtəlif regionlardan olan və fərqli mövqelərə malik ölkələr məsləhətləşmə, qarşılıqlı hörmət və ortaq maraqlara diqqət yetirərək birlikdə işləyə bilərlər.

S. Qafarova qeyd edib ki, regional perspektivlər daha geniş beynəlxalq parlament dialoqunda daha güclü yer tutmalıdır.

İslam dünyasının böyük insan, mədəni və iqtisadi potensiala malik olduğunu vurğulayan spiker vurğulayıb ki, cəmiyyətlərimizin bir çoxu münaqişə, məcburi köçkünlük, yoxsulluq, iqlim təzyiqləri, terrorizm, ekstremizm və islamofobiya ilə üzləşir.

Onun fikrincə, bu çağırışlar daha güclü praktiki əməkdaşlıq tələb edir. Parlamentlərimizin perspektivləri beynəlxalq institutlarda yalnız təmsil olunmamalı, həm də prioritetlərin və qərarların formalaşdırılmasına əsaslı töhfə verməlidir.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyasında iştirak etmək üçün Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) koordinasiya iclasında iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi