xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:49 – Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR 
  • 12:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 11:50 – İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq 
  • 11:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 

Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi

Dün, 16:00 1 dəfə baxılıb

Türkiyə Məkkədə yeni hərbi gücü rəsmən qurdu – İttifaqın başına məşhur general gətirildi


Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yaratdığı Məkkə Müdafiə İttifaqında mühüm təyinat rəsmiləşib.

Oktyabrın 5-də Ər-Riyadda keçirilən Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə toplantısında Pakistanın ehtiyatda olan general-leytenantı Nauman Mahmud üç il müddətinə ittifaqın baş katibi təyin edilib.

Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu təmsil edib.

Məkkə Müdafiə İttifaqının əsası avqustun 7-də Məkkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən imzalanmış Məkkə Birgə Müdafiə Sazişi ilə qoyulub. Avqustun 31-də İstanbulda keçirilən ilk komitə toplantısında qurumun rəsmi adının “Məkkə Müdafiə İttifaqı” olması razılaşdırılıb, katibliyin Ər-Riyadda yerləşməsi və ilk baş katibin Pakistandan seçilməsi barədə ümumi razılıq əldə olunub.

Oktyabrın 5-də Ər-Riyadda keçirilən toplantı ilə bu proses daha bir mərhələyə keçib və Nauman Mahmudun baş katib təyin edilməsi rəsmiləşdirilib. Tərəflər eyni zamanda kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına keçilməsi, razılaşdırılmış hərbi qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi üçün tədbirlər görülməsi barədə qərar qəbul ediblər.

Nauman Mahmud kimdir?
Nauman Mahmud Pakistan ordusunun yüksək rütbəli keçmiş komandirlərindəndir. O, uzun illər Pakistan Silahlı Qüvvələrində müxtəlif komanda və qərargah vəzifələrində xidmət edib.

Mahmudun hərbi karyerasında Pakistanın əsas xüsusi xidmət orqanı ISI-nin Təhlil Direktorluğuna rəhbərlik etməsi xüsusi yer tutur. Daha sonra general-leytenant rütbəsinə yüksəlib və Pakistan ordusunun strateji əhəmiyyət daşıyan XI – Peşəvər Korpusunun komandanı olub.

Onun XI Korpusa rəhbərlik etdiyi dövr Əfqanıstanda və Pakistan–Əfqanıstan sərhədində son dərəcə mürəkkəb hərbi-siyasi proseslərin getdiyi mərhələyə təsadüf edib.

Nauman Mahmud sonrakı mərhələdə Pakistanın yüksək səviyyəli hərbi və təhlükəsizlik kadrlarının hazırlanmasında əsas müəssisələrdən biri sayılan Milli Müdafiə Universitetinin prezidenti vəzifəsinə gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi