xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:51 – İlham Əliyev Si Cinpini təbrik edib 
  • 12:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 18:32 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 

Prezidentin geri qaytardığı qanunda nə dəyişir?

Dün, 12:49 2 dəfə baxılıb

Prezidentin geri qaytardığı qanunda nə dəyişir?


Prezident İlham Əliyevin etirazı ilə Milli Məclisə qaytarılan, bir sıra mühüm qanunlara dəyişiklikləri nəzərdə tutan sənəd ötən gün parlamentdə yenidən müzakirəyə çıxarılıb. Söhbət Vergi və Miqrasiya məcəllələrinə, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişikliklərdən gedir. Qanunun əsas istiqamətlərindən biri rəqəmsal iqtisadiyyatın, innovasiya ekosisteminin və startapların inkişafının stimullaşdırılmasıdır.

Prezidentin təkliflərindən sonra sənədin tətbiq mexanizmlərinin təkmilləşdirildiyi və dövlət dəstəyinin daha hədəfli xarakter almasının nəzərdə tutulduğu bildirilir.

Prezident qanunu hansı səbəbdən geri qaytardı? Yenilənmiş dəyişikliklər sahibkarlar, xüsusilə texnologiya və innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün nəyi dəyişəcək? Vergi və gömrük güzəştləri biznes mühitinə real təsir göstərəcəkmi?
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a bildirib:

“Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Şahmar Mövsümovun bu məsələdə birbaşa iştirak etməsi və münasibət bildirməsi onun yuxarı səviyyədə diqqət mərkəzində olduğunu göstərir. Yəni ölkə rəhbərinin bilavasitə bu məsələni diqqətdə saxladığını göstərir. Məntiq də ondan ibarətdir ki, burada əsas məqsəd dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsidir. Bununla bağlı, əslində, rəsmi açıqlamalar da var. Qanunda müəyyən güzəştlər, dövlət dəstəyi və digər məsələlər nəzərdə tutulur. Amma bunların təkmilləşdirilməsi hər zaman mümkündür və hazırkı iqtisadi şəraitdə düşünürəm ki, bu, öz müsbət effektini verəcək. Ona görə ki, istənilən qanunun dəqiq tətbiq mexanizmlərinin müəyyənləşdirilməsi həmin qanundan gözlənilən nəticələrin praktikada daha yaxşı əldə olunması baxımından çox önəmlidir. Bu yanaşma dövlət proqramları üçün də keçərlidir, digər müəyyən böyükhəcmli layihələr üçün də keçərlidir. Çünki burada məqsəd, hədəf, icra mexanizmi və gözlənilən nəticə bir-birini tamamlamalıdır”.

İqtisadçı qeyd edib ki, hazırkı hüquqi sənəddə rəqəmsal iqtisadiyyat, informasiya texnologiyaları, innovasiya, startaplar, investisiyalar, eyni zamanda yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunması kimi çox vacib məsələlər əhatə olunur:

“Gördüyünüz kimi, kifayət qədər istiqamətlər var və deməli, məsələ kompleks xarakter daşıyır. Bu zaman miqrasiya məsələsi, sosial sığorta, gömrük, lisenziyalaşdırma, dövlət satınalmaları, vergi və digər məsələlər də prosesə daxil olur. Burada bir neçə məqama da toxunmaq istəyirəm. Məsələn, vergi güzəştlərinə baxsaq, vergi güzəştləri investisiya mühitinə böyük ölçüdə təsir göstərə bilir. Sosial sığorta bilavasitə əmək bazarına, mütəxəssislərin fəaliyyətinə və onların fəaliyyət şərtlərinə təsir göstərir. Sonra miqrasiya mexanizmi elə formalaşdırıla bilər ki, yüksək ixtisaslı xarici mütəxəssislər ölkəyə cəlb olunsun. Yaxud da elə ola bilər ki, bu tip mütəxəssislər ölkədən çıxsın. Yəni bunlar vahid ekosistemin elementləridir və bir-birini tamamlayır. Ona görə də qanunun geri qaytarılmasında məqsədi sadəcə imtina kimi qəbul etmək olmaz. Qanunun geri qaytarılmasında məqsəd daha effektiv nəticələrə çatmaq üçün mexanizmlərin dəqiqləşdirilməsidir. Təbii ki, burada bir çox istiqamətlər üzrə təkmilləşdirmə məsələləri əsas məqsəd kimi qeyd olunur. Bu, həm rəsmilər tərəfindən qeyd olunur, həm də reallıqda belədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi