xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:51 – İlham Əliyev Si Cinpini təbrik edib 
  • 12:37 – İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO 
  • 18:32 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 

"Birliyin Gücü – 2026"-da iştirak edən hərbçilərin sayı açıqlandı

Dün, 09:38 2 dəfə baxılıb

"Birliyin Gücü – 2026"-da iştirak edən hərbçilərin sayı açıqlandı


"Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir.
“Report” xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycanda azad olunmuş ərazilərdə ilk dəfə bu miqyasda təlim keçirilir. Burada hibrid müharibələrin xüsusiyyətləri nümayiş olunur.

A.Eyvazov qeyd edib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində qatılıblar.

"Təlimə 3570 nəfərdən çox şəxsi heyət, 135-dən çox insansız vasitələr, 80-ə yaxın zirehli texnika, 90-dan çox artilleriya sistemləri, 30-a yaxın aviasiya vasitələri, 30-dam çox REM/REK/RL sistemləri, 20-yə yaxın HHM vasitəsi, 8 dəstdən çox mühəndis texnikası, 30 vahidə yaxın dəniz vasitələri cəlb edilib", - Anar Eyvazov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi