xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 
  • 10:22 – Dövlət başçısı: "Bu gün 2 mühüm sənəd imzalanacaq" 
  • 13:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 11:44 – Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar 

Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir

Bugün, 10:31 1 dəfə baxılıb

Prezident: Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir


Azərbaycan hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmir.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Mən hər qış xizək sürürəm və görürəm ki, dağlarımızdakı qarın səviyyəsi dəyişməz qalır. Bəli, əvvəlki kimi qalır. Bəlkə də haradasa qar əriyir, lakin Azərbaycanda hələlik belə deyil”, – dövlət başçısı deyib.

Prezident qeyd edib ki, ölkə iqlim dəyişikliyinin ciddi təsirinə hələ məruz qalmasa da, su qıtlığı və bəzi digər amillər ərzaq təhlükəsizliyi sahəsində daha çox iş görülməsini zəruri edir.

“İdxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə bu ilin mayında dövlət proqramı qəbul edilib. Kənd təsərrüfatının bu toplantının iştirakçıları üçün nə dərəcədə maraqlı olacağını bilmirəm. Lakin düşünürəm ki, bu sahədə böyük potensial var”, – Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı hazırda quraqlıq, dizel yanacağının çatışmazlığı və təchizat zəncirindəki digər problemlər səbəbindən müəyyən məhdudiyyətlərin mövcud olduğunu deyib.

“Bəzi ölkələrin ərzaq təhlükəsizliyi baxımından təhlükəli vəziyyətlə üzləşə biləcəyini istisna etmirik. Biz belə vəziyyətdən yayınmaq istəyirik. Buna görə də bu sahə həm yerli, həm də xarici biznes üçün səmərəli ola bilər”, – Prezident vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi