xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23-09-2026, 11:07 8 dəfə baxılıb

Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı


ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.
Birləşmiş Ştatlar lideri özünün “Truth Social” səhifəsində H.Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.
Xatırladaq ki, H.Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.

“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ-la Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.

O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb.

“Prezident Trampın liderliyi bu prosesə onun siyasi çəkisini gətirdi və Ermənistanla Azərbaycanı son sülhə gətirdi”, – Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev, həmçinin, Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin formalaşmasına töhfə verdiyini vurğulayıb.

“Prezident Donald Tramp və Prezident İlham Əliyev ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar”, – o qeyd edib.

Hikmət Hacıyev ABŞ və Azərbaycan arasında strateji dostluq, əməkdaşlıq və tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu və inkişaf etməkdə davam edəcəyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi