xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:16 – Prezident Kobaxidzeyə zəng etdi 
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 

2026-cı il büdcəsi Azərbaycanın qarşısında duran hədəflərə nail olmağa imkan verir - Spiker

19-11-2025, 12:12 12 dəfə baxılıb

2026-cı il büdcəsi Azərbaycanın qarşısında duran hədəflərə nail olmağa imkan verir - Spiker


Cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.

O bildirib ki, bu il büdcə müzakirələri Konstitusiya və Suverenlik İlinə təsadüf edir: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa təkan verib. Azərbaycanın iqtisadi müstəqilliyi də möhkəmlənib. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğura davam etdirilir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda innovasiyalar üzərində qurulan yeni iqtisadi model formalaşır. Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan büdcə gəlirlərinin artımını, maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib. 2026-cı ilin büdcəsi ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdışın həyata keçirilməsi kimi hədəflərlə bağlı olacaq”.

Spiker onu da əlavə edib ki, ölkənin müdafiə qabliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi məqsədilə növbəti ilin büdcəsində zəruri maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur. “Növbəti ilin büdcəsi Azərbaycanın qarşısında duran hədəflərə nail olunmasına imkan verəcək”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi