xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Erməni lobbisinə zərbə: ABŞ anti-Azərbaycan düzəlişlərini rədd etdi

19-09-2025, 11:13 3 dəfə baxılıb

Erməni lobbisinə zərbə: ABŞ anti-Azərbaycan düzəlişlərini rədd etdi


ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi demokrat konqresmen Bred Şerman tərəfindən irəli sürülən iki anti-Azərbaycan xarakterli düzəlişi rədd edib. Düzəlişlər Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində müzakirə olunan qanun layihələrinə aid idi.

Birinci düzəliş ABŞ Beynəlxalq İnkişaf üzrə Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə dəstək göstərməyi qadağan etməyi nəzərdə tuturdu. Şərt kimi isə Dövlət katibinin “ölkənin bütün erməni əsilli hərbi əsirləri azad etdiyini təsdiqləməsi” tələb olunurdu.

İkinci düzəliş isə ABŞ prezidentinə 907-ci düzəlişin tətbiqinin dayandırılması səlahiyyətini ləğv etməyi təklif edirdi. Xatırladaq ki, 907-ci düzəliş Azərbaycana Amerika yardımının göstərilməsini qadağan edir.

Hər iki təşəbbüsün rədd edilməsi Konqresdə Azərbaycan əleyhinə çıxış edən erməni lobbisinə növbəti zərbədir. Bu, eyni zamanda ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı olan cəhdlərin də iflasa uğradığını göstərir.

Qeyd edək ki, State Department Reauthorization – Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi – Konqresin hər il həyata keçirdiyi prosesdir. Bu mərhələdə qurumun hüquqi səlahiyyətləri və təşkilati strukturu nəzərdən keçirilir, dəqiqləşdirilir və uzadılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi