xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

"Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir" - Baş prokurorun köməkçisi

2-07-2025, 12:12 6 dəfə baxılıb

"Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir" - Baş prokurorun köməkçisi


Biz hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində deyilik. Lakin proses zamanı bir və ya neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, xüsusi amansızlıqla öldürülürsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə borclarımızdan biridir.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

“Ölkə hüdudlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafelərinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir. Əgər belə şəxslər tərəfdaş çıxdığımız müqavilələrlə həmin dövlətlərdə məsuliyyətə cəlb edilməzsə, təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətdə zəruri tədbirləri görürük", - deyə o vurğulayıb.

***

Azərbaycan vətəndaşlarının Rusiyada işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluqda brifinq keçirilir.

Ölkə.az xəbər verir ki, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə, Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov baş verənlər barədə məlumat verir, medianın suallarını cavablandırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi