xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Rus səfiri İran XİN-ə çağrıldı

3-09-2024, 10:21 1 dəfə baxılıb

Rus səfiri İran XİN-ə çağrıldı


İran Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinədir.

İRNA xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov bazar ertəsi axşam saatlarında İran XİN-ə çağırılıb.

Bu barədə məlumat verən İran XİN-in xarici siyasət qrupunun rəsmisi Müctəba Dəmirçilu bildirib ki, İranın xarici işlər nazirinin müavini və Avrasiya məsələləri üzrə baş direktoru Tehranın regional sülh və sabitliyə dəstəyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu vurğulanıb.
Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat, onların fikrincə, davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını qeyd ediblər.
Görüşdə həmçinin Cənubi Qafqazın üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstan , həmçinin Rusiya, Türkiyə və İranın daxil olduğu 3+3 məşvərətçi formatının qarşıdakı görüşü müzakirə olunub. Format regionda təhlükəsizlik, iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərini nəzərdən keçirir.

Qeyd edək ki, son günlər Moskvanın Ermənistan ərazisindən keçməklə Bakını Naxçıvanla birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Rusiyanın Tehrandakı səfirini görüşə çağırması barədə mətbuatda məlumat yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi