xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Ermənilər buna hazırdırlarsa, gəlsinlər - GƏLİŞMƏ

31-08-2024, 10:56 1 dəfə baxılıb



İstəyirlər 3 il yox, lap 10 il olsun. 30 il Ermənistanla heç bir əlaqəmiz yox idi, aramızda dondurulmuş münaqişə var idi, bu, Azərbaycanın inkişafına maneə törətmədi. Ordumuzu möhkəmləndirdik, torpağımızı azad etdik. Odur ki, uzatsalar, itirən yenə İrəvan olacaq.

Bu sözləri Axar.az-a politoloq Rasim Musabəyov İrəvanın Konstitusiya referendumunu 2027-ci ilə planlaşdırmasının sülh müqaviləsinə təsiri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələbləri aydındır:

“Öz iddialarından əl çəkməyə və bunu öz qanunvericliliyində də əks etməyə hazır olsalar, buyursunlar, gəlsinlər. Ermənilər Azərbaycan torpaqlarına iddialarını aradan götürməsələr, biz onlarla heç bir sənəd imzlayan deyilik. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni sülh müqaviləsindən çıxartmışıq, amma bu, heç də o demək deyil ki, tələbimizdən vaz keçirik. Zəngəzur dəhlizi açılmasa, Ermənistana heç bir nəqliyyat xətti açılmayacaq. Bunlar həm də sülh müqaviləsi bağlandıqdan sonra Qərbdəki “dayı”larının köməyi ilə erməniləri Qarabağa qaytarmaq niyyətindədirlər. Sülh müqaviləsini uzatsalar, demək, o biri məsələlər haqqında danışmaq imkanları olmayacaq”.

Rasim Musabəyovun sözlərinə görə, Ermənistan Konstitusiyaya dəyişiklikləri ertələsə belə, sülh müqaviləsinin bağlanması bəzi şərtlər əsasında mümkündür:

“Sadəcə olaraq, razılaşdırılmış mətn paraflana bilər. Paraflanma sənədin təsdiq olunması demək deyil. Bu, o deməkdir ki, razılaşdırılmış mətn tam şəkildə ya qəbul olunur, ya da rədd olunur. O mətnə daha düzəliş olunmur. Paraflanma ilə bağlı cənab Prezident də fikirlərini deyib. Bu sənəd xarici işlər nazirlərinin imzası ilə olur və radifikasiyaya göndərilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi