xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Zəngəzur dəhlizinə Rusiya nəzarət etsə, İranın reaksiyası... - AKTUAL

29-08-2024, 15:30 2 dəfə baxılıb



Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz məsələsini aktuallaşdırması Bakının bu məsələnin müvəqqəti olaraq gündəmdən düşdüyü barədə bəyanatını diplomatik uğur kimi təqdim edən İrəvandakı hakimiyyətin təbliğat maşınına zərbə oldu.

Axar.az xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib.

"İrəvan 9/10 noyabr tarixli üçtərəfli bəyanatı Paşinyanın “Dünyanın kəsişməsi” ("Sülh qovşağı") təklifi ilə müqayisə etməyə çalışır. Əslində isə bu təklifə heç kim məhəl qoymur. Azərbaycan sülh müqaviləsi imzalamaq niyyətində deyil, çünki onsuz da öz problemlərini həll edir, ona görə də sənədin hazırlanması prosesi hər cür ləngiyir.

Rusiyanın əsas məqsədi isə statusundan asılı olmayaraq, bu marşruta nəzarəti ələ keçirməkdir ki, bu nəzarət onun geosiyasi rəqiblərinin əlində olmasın. Azərbaycan və Türkiyənin maksimalist məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar. 9/10 noyabr 2020-ci il tarixli bəyanata görə, bu, Rusiyanın müdaxiləsi səbəbindən uğursuz oldu. İran Ankara və Bakıya öz ərazisində alternativ təklif edərək dəhliz məntiqinə qarşı olduğunu bildirir. Tehran da Rusiyanın yola nəzarət etməsinə qarşı ola bilər, lakin bu, İran üçün Qərbin nəzarətindən daha yaxşıdır. Bu mənada 9/10 noyabr bəyanatının 9-cu bəndi də İran üçün faydalı ola bilər", - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi