xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı

14-08-2024, 14:28 11 dəfə baxılıb

Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı


Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

Modern.az məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oqtay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiyə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi