xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Rəsmi Kremlin leksikonundakı DAŞNAK ELEMENTLƏRİ... - BUNUN BAŞQA ADI YOXDUR...

27-06-2024, 15:30 4 dəfə baxılıb



Rusiya rəsmiləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına qəribə cavablar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb. Mariya Zaxarova guya Qriqoryanı hədəf alıb, ancaq əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib. Onun sonrakı cümləsi də bundan xəbər verir: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?” Zaxarova açıqlamasıyla Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb.
Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də müəammalı açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub? Görünür, Karasin demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst baş nazir Nikol Paşinyan korlayıb.

Elxan Şahinoğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi