xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 
  • 13:01 – PA rəhbəri də səs verdi - Fotolar 
  • 12:54 – Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib 

Cibdə "bıçaqlar" olmayan bir dünya - VİDEO

25-06-2024, 11:13 1 dəfə baxılıb

Cibdə "bıçaqlar" olmayan bir dünya - VİDEO


Azərbaycanın rəşadətli Silahlı Qüvvələri, 44 günlük müharibə və ondan sonrakı müxtəlif bir günlük əməliyyatlarla qəhrəman əsgərlərimizin canı bahasına qonşu Ermənistana başa saldılar ki, onların ərazimizə olan bütün iddiaları tamamilə mənasızdır. Azərbaycan diplomatiyası isə Silahlı Qüvvələrin gördüyü işlərlə paralel olaraq, xarici siyasət platformalarında ermənilərin qisasçılıq xülyalarının puç olduğunu sübuta yetirdi. Lakin görünür, Ermənistan dövlətinin siyasi rəhbərliyi bundan müvafiq nəticə çıxarmayıb və hələ də "bəlkə?"lərə, "bəlkə birdən"lərə, "bəlkə alınarsa"lara ümid bəsləməyə davam edir. Yoxsa bu ölkənin Fransa hərbi-sənaye kompleksindən "Caesar" özüyeriyən artilleriya sistemləri alması ilə bağlı bu yaxınlarda yayılan xəbəri başqa necə izah etmək olar?!

Bu barədə "Caliber" analitik "YouTube" layihəsinin növbəti buraxılışında bəhs edilir.

"Əgər Hindistandan 155 mm-lik "MArG" özüyeriyən haubitsaların və "Pinaka" yaylım atəşi reaktiv sistemlərinin alınmasını Cənubi Asiya satıcısının kommersiya maraqları ilə izah etmək olardısa, Fransanın yeganə məqsədi çətin ki, yalnız xəzinəsini doldurmaq olsun. Aydındır ki, Fransa bir az fərqli motivlər güdür. Makron Fransası tərəfindən xalqımızın cəlb edildiyi soyuq müharibə (üstəlik də səbəbsiz, bizim tərəfimizdən heç bir təxribat olmadan) haqqında az danışmamışıq və hələ çox danışacağıq.

Amma Fransa uzaqda yerləşir, Ermənistanla Azərbaycan isə qonşudurlar və həmişə də belə qalacaqlar, bir-birindən heç bir yerə uzaqlaşmayacaqlar.

Ona görə də, uzaq Parisə yox, daha çox İrəvanın indiki siyasi rəhbərliyinə ünvanlanan suallar ortaya çıxır. Siz nə barədə düşünürsünüz, qonşular? Ağlınızda nə var? Bu mənasız yarış nəyə lazımdır, hansı ki, apriori geridə qalacaqsınız. Bizimlə yenidən döyüşmək, işğal etdiyiniz və son müharibə zamanı itirdiyiniz əraziləri geri almağa hazırlaşırsınız, yoxsa necə? Siz nə istəyirsiniz?", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi