xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Ermənilərin KONSTİTUSİYA oyunbazlığı... - Mirzoyan NƏYƏ İŞARƏ EDİR?

5-06-2024, 15:30 5 dəfə baxılıb



Ararat Mirzoyan konstitusiya dəyişikliyi məsələsinin Bakı-İrəvan danışıqlarına daxil edilmədiyini deyib, lakin qeyd edib ki, “həm Ermənistan, həm də Azərbaycan bir-birinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür”.
Bakının Azərbaycana qarşı birbaşa ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış etdiyi bəllidir. Ermənilərin Ana Qanunu müstəqillik bəyannaməsinin icrasını vəzifə olaraq müəyyənləşdirir. Bəyannamədə də qeyd olunur ki, “qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüz görünür, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Mirzoyanın “bu, danışıqlar gündəliyinə daxil deyil” sözləri isə erməni ictimai rəyində “hakimiyyət Əliyevin tələbi ilə konstitusiya dəyişir” ittihamlarından yayınmaq məqsədi daşıyır.
Əsas məqam Ermənistanın da “Azərbaycanın kontitusiyanın dəyişdirilməsi” istəyindən çıxış etməsidir. Rəsmi İrəvan “nəyin dəyişməsini” istədiyini açıqlamır, lakin erməniləri “narahat edən” 1991-ci ildə qəbul edilən Konstitusiya Aktıdır. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli “İstiqlal Bəyannaməsi”nə istinad edilir, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu qeyd olunur. İrəvanda hesab edirlər ki, rəsmi Bakı varislik məsələsindən çıxış edərək, AXC ərazilərinin bərpa edilməsini istəyə bilər. Halbuki, bu varislik qeydi Azərbaycan konstitusiyanın dəyişdirilməsini şərtləndirmir.
- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;
- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;
- Qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsini vəzifə kimi qoyan Ermənistan konstitusiyanından fərqli olaraq, Azərbaycan Konstitusiyasında belə bir məqam yer almır;
İrəvanın belə bir “tələblə” çıxış etməsi Bakının konstitusiya tələbi qarşısında əks-həmlə xarakteri daşıyır.

Asif Nərimanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi