xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi

19-04-2024, 13:19 2 dəfə baxılıb



2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra bölgədə tamam başqa geosiyasi vəziyyət yaranıb. Bunu "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib:
"Yəni regionun bütün geosiyasi mənzərəsi dəyişib. Bu da Rusiya Sülməramlı Kontingentinin fəaliyyətində özünü göstərir. Rusiya sülhməramlılarının funksiyaları başa çatıb. Qarabağ hərbi xuntasının şantaj və hədələrinə uyaraq yaşayış yerlərini tərk edən Qarabağ erməniləri artıq bölgədə deyil. Çətin ki, indiki şəraitdə geri qayıtmaq istəsinlər. Nəticədə Rusiya sülhməramlılarının Qarabağda heç bir işi qalmayıb".
Politoloq deyib ki, sülhməramlıların Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılması Ermənistan tərəfi üçün Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması məsələsində presedent ola bilməz. Belə ki, sülhməramlılar və Rusiyanın Gümrüdəki 102-ci bazası fərqli anlayışlardır:
"Onların fəaliyyəti 10 noyabr 2020-ci il tarixli razılaşdırılmış üçtərəfli sazişdən kənara çıxmayıb. Rusiya sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərib və heç bir statusu olmayıb. Ermənistan tərəfi bunda israr etsə də, onların Azərbaycanda olması ilə bağlı heç bir hüquqi və müqavilə əsası yox idi. Lakin Bakının qətiyyətli mövqeyi sayəsində bu məsələ aradan qalxdı. 102-ci hərbi bazanın fəaliyyətinə gəlincə, bu məsələ sırf iki tərəfin - Ermənistan və Rusiyanın səlahiyyətindədir. Və bu məqamın Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə heç bir əlaqəsi yoxdur".

"İnanmıram ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi Moskvanın regiondakı mövqeyinə hansısa şəkildə təsir etsin. Tam əksinə. Moskva digər amillərdən istifadə edə bilər. Xüsusən də Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi komponentə təkan verə bilər. Bu isə son vaxtlara qədər mövcud olan zəhərli, konflikt faktorunun aradan qaldırılması nəzərə alınmaqla perspektivli sahədir", - politloloq bildirib.
Ekspert bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti regiondakı münaqişə vəziyyəti ilə əlaqələndirilirdi. Lakin problem həll olunduğu üçün RSK-nın mövcudluğu vəziyyəti daha da gərginləşdirəcəkdi.
"Yəni, Bakı ilə Moskva arasında müəyyən gərginlik yaranacaqdı və Qərb bu aspektdən yararlana bilərdi. Amma bu gün bütün suallara cavab verildiyi və heç bir ziddiyyət olmadığı halda Rusiya regionda geniş tərkibdə ticarət-iqtisadi layihələrə cəlb oluna bilər", - İlqar Vəlizadə qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi