xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...

17-04-2024, 14:22 0 dəfə baxılıb



“Ermənistan Alma-Ata Bəyannaməsini ortalığa atmaqla siyasi manipulyasiya ilə məşğuldur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya açıqlamasında Ermənistanın Azərbaycanla sərhəd ərazilərin delimitasiyası prosesindən yayınmasının səbəblərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Alma-Ata Bəyannaməsinin heç bir hüquqi əsası yoxdur:

“Ermənistan 1991-ci ildə bu bəyannaməyə imza atasa da, öz imzasına hörmət etməyib.

1990-ci illərdə Birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycanın 20 % torpaqlarını işğal edib. Ermənistanın işğal siyasəti yetirməklə, qonşularına qarşı ərazi iddiaları etməklə bu bəyannamənin öhdəliklərini, beynəlxalq hüququn normallarını pozub.

Ermənistanı çıxmaq şərti ilə Alma-Ata Bəyannaməsi heç bir postsovet ölkəsinə sərf etmir. Postsovet ölkələri arasında sərhədlərin delimitasiyası və demarkasiyası bu bəyannamə üzərində aparılmayıb. Ermənistan-Gürcüstan sərhəd ərazilərinin delimitasiyasında da bu bəyannamə öz əksini tapmayıb.

Hesab edirəm ki, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası müxtəlif dövrlər tətbiq olunmuş xəritələr üzərində aparıla bilər.

Bildirim ki, Ermənistan 1918-ci ildə əsası qoyulan Ermənistan Demokratik Respublikası, Azərbaycan isə Azərbaycan Demokratik Respublikasının varisi hesab edir. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həmin dövrün xəritələri üzərində də həyata keçirilə bilər.

Ermənistan tərəfi Alma-Ata Bəyannaməsini ortalığa atmaq siyasi manipulyasiya ilə məşğuldur. Bu da sülhə prosesinə ciddi prolbem yaradır və prosesi ləngidir. Hesab edirəm ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd ərazilərin delimitasiyası və demarkasiyası rəsmi Bakının təkliflərinə uyğun aparılmalıdır. Bu, beynəlxalq hüuqun normalarına tam cavab verir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi