xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Yeni müharibəyə hazırlıq: Ermənistana silah gətirən nazirin şok planı - GƏLİŞMƏ

26-02-2024, 15:30 2 dəfə baxılıb



Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfəri Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə cavab kimi hazırlanmışdı. İki türk dövləti rəhbərinin mühüm mesajlar verməsi, birgə sazişlər imzalaması Fransanı tələsik anti-türk addımı atmağa məcbur etdi. Amma Prezident İlham Əliyevin Türkiyəyə səfəri fonunda Ermənistan baş nazirinin Fransaya səfəri çox zəif və əsəbi görünürdü.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Parisdə deyilən sözlər, mesajlar isə onun göstərirdi ki, hələ də Fransa və Ermənistanın düşüncəsində müasir yanaşma kök sala bilməyib. Fransanın anti-Azərbaycan fəaliyyəti yenidən qızışdı. Ermənistan növbəti dəfə ziq-zaq hərəkətlər etdi və dünən açıqladığı fikirlərə bu gün zidd olan çağırışlar olundu. Fransa müdafiə nazirinin ilk dəfə olaraq Ermənistana səfəri də Paris-İrəvan müttəfiqliyinin mahiyyəti kimi görünürdü”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, bunun real nəticəsi yoxdur və ola da bilməz:

“Gurultulu bəyanatlara baxmayaraq Fransa Ermənistanın müdafiə qabiliyyətini təşkil edə bilməz. Azərbaycanın hərbi qüdrəti qarşısında alternativ bir güc yaratmaq Fransanın və Ermənistanın imkanları xaricindədir. Onların apardıqları siyasətin kökündə ədalət və beynəlxalq hüquq yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bundan sonra Ordumuz sərhdələrimizi qətiyyətlə qoruyacaq. Belə olan halda Ermənistanın möhkəmləndirilməsi nəyə xidmət edir? Yenidən Azərbaycan torpaqların tutmaq ideyaları mümkün olmayacaq. İndi 90-cı illər deyil. Və yaxud Ermənistanı hərbi qüdrətli ölkəyə çevirmək nəyə lazımdır? Bu ölkənin kifayət qədər sosial problemləri var. Bunları həll etmək Ermənistan üçün bir nömrəli məsələdir”.

Aydın Mirzəzadə bildirib ki, Fransanın əvvəllər də Ermənistanı dəstəkləmək üçün addımlar atıb:

“Amma fakt odur ki, hansısa Fransa şirkəti Ermənistanda iki-üç yüz milyon dollarlıq bir layihə həyata keçirməyib. Ermənistanda silah istehsal edən və dünya bazarına çıxaran bir Fransa şirkətinə rast gəlinməyib. Parisin gurultulu bəyanatlarından İrəvan faktiki olaraq heç nə qazanmayıb. Sadəcə olaraq Fransanın təhrikləri Ermənistanı regional istisadi layihələrdən kənarda qoyub. Həmçinin onun təhrikləri sülh müqaviləsinin bağlanmasını uzadır. Bununla da Ermənistan dünya bazarına çıxa bilmir. Fransa tərəfindən çirkin oyun aparılır. Sözsüz ki, bunun qarşısı Azərbaycan və Türkiyə tərəfindən çox uğurla alınır. Ermənistan gələcəyinə nə istədiyini aydınlaşdırmalıdır. Səhər bir bəyanat, axşam buna zidd olan mövqe erməni siyasətinin çoxdankı xislətidir. Nə qədərki bundan əl çəkməyiblər Ermənistanın gələcəyi yoxdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi