xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:48 – Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib - YENİLƏNİB 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 
  • 13:01 – Prezident babasından danışdı: "İş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var" 

Azərbaycanla 3-cü müharibədən qorxmağım... - Paşinyan

12-02-2024, 16:00 3 dəfə baxılıb



Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlaya biləcəyindən qorxub-qorxmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Qorxu - yanlış sözdür, çünki Ermənistan demokratik, inkişaf edən dövlətdir və Ermənistan, artıq qeyd etdiyim kimi, davamlılığını artırmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir və yeri gəlmişkən, son illərdə düşünürəm ki, beynəlxalq ictimaiyyət də, bizim cəmiyyət də gördü ki, ölkəmizin dayanıqlılığı xeyli artıb. Biz Ermənistanın inkişafına və davamlılığının artırılmasına yönəlmiş islahatlar yolunu davam etdiririk. Regional sabitliyin pozulmasına və bu istiqamətdə atılan addımlara gəlincə, bu, təbii ki, hər bir sağlam düşüncəli insanda narahatlıq yaradır”.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin dövlətlərarası xarakter daşıması çox vacibdir:

“Diplomatik münasibətlərimiz olmasa da, imzaladığımız sənədlərə istinad etmək məcburiyyətindəyəm. Mən artıq dedim ki, biz Azərbaycanla gücdən istifadə etməmək və güc tətbiq etməklə hədələməmək haqda sənəd imzalamışıq. Əgər Azərbaycan imzaladığı sənədlərə hörmət etmirsə və ya hörmət etməməlidirsə, o zaman Azərbaycan istənilən ölkəyə hücum edə bilər, niyə təkcə Ermənistan? Azərbaycanın ətrafına baxın: əgər o, beynəlxalq öhdəliklərini yerinə yetirməsə, o zaman hər hansı qonşu dövlətə hücum edə bilər, əgər belədirsə”.

Jurnalistin “Beynəlxalq zəmanətlər alarsa, Əliyevin bu öhdəlikləri yerinə yetirəcəyinə inanırmı” sualına Paşinyan belə cavab verib:

“Mən Allaha inanıram. Hesab edirəm ki, özünə hörmət edən hər bir dövlət öz öhdəliklərini yerinə yetirməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi