xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

İcma Borrellə cavab verib

23-01-2024, 11:58 6 dəfə baxılıb

İcma Borrellə cavab verib


Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir.

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir:

"Bu açıqlamalar ilə Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də olsun dilinə gətirməyən bir qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəsüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi