xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər açıqlandı

11-01-2024, 13:02 2 dəfə baxılıb

Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər açıqlandı


Həyat sübut edir ki, medianın seçki prosesində iştirakı seçkilər elan olunandan sonra başlayır.

APA xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov deyib.

O bildirib ki, seçkilər zamanı mediada gedən informasiyalar birbaşa seçki fəallığına təsir edən faktorlardan biridir: "Qanun konkret olaraq təşviqatla məşğul olan dairəni müəyyən edir. Qanunda konkret olaraq təşviqatla məşğul ola bilməyən dairələrin də subyektləri müəyyən olunub. Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var”.

O xatırladıb ki, 6 fevral 2024-cü ildə təşviqat prosesi başa çatacaq və xalqa bir gün sükut veriləcək: “Həmin gün xalq kimə səs verəcəyinə qərar verməlidir”.

MSK üzvü sosial şəbəkələrin həyatımıza kifayət qədər daxil olduğunu qeyd edib: “Vaxtından əvvəl təşviqat kampaniyasına başlanılmamalıdır. Eyni zamanda 18 yaşına çatmamış vətəndaşlar da təşviqatla məşğul ola bilməzlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi