xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Ermənistan Rusiyanın dediklərini qəbul edəcək - ŞƏRH

30-12-2023, 11:09 2 dəfə baxılıb



"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın iqtisadi istəklərini icra etməyə məcburdur. Çünki hələlik Rusiya və Ukrayna arasında müharibə davam edir".
Sherg.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Analitik bildirib ki, Paşinyan görür ki, Qərb Ukrayna Prezidenti V.Zelenskiyə təzyiqlər göstərməyə başlayıb: "Qərb Zelenskini Rusiya ilə danışıqlara getməyə vadar etməyə çalışır. Belə olan təqdirdə Ukraynanın dövlət müstəqilliyinin haradan başlayıb, harada bitəcəyi ilə bağlı suallar meydana çıxır. Böyük ehtimal İrəvan hökumətinin başçısı Rusiyaya qarşı bir müddət sürdürdüyü demarşlara son verəcək. Paşinyan yaxşı başa düşür ki, siyasi təhlükəsizliklə bağlı problemlər var. Qərbin Ermənistana qarant olub-olmayacağı da sual altındadır. Ən əsası isə Ermənistan rəhbərliyi iqtisadi məsələlərdə irəliləyiş istəyirsə, burada ona kömək edəcək Qərb yox, məhz sanksiyalara məruz qalmış Rusiya olacaq".

Z.Məmmədov əlavə edib ki, Ermənistanın dövlət büdcəsinin gəlir tempi Rusiya-Ukrayna müharibəsi və Moskvanın sanksiyalarla üzləşməsi fonunda Ermənistanla həyata keçirilən qeyri-leqal ticarətlə bağlıdır:
"Çox güman ki, təkbətək görüşdə Rusiya prezidenti birbaşa, sərt tonda və aşağılayıcı tərzdə Paşinyanın diqqətinə bəzi məsələləri çatdırıb. Nəticə etibarı ilə Ermənistan Rusiyanın dediklərini qəbul edəcək. Bu təkcə Ermənistan-Rusiya münasibətlərinə yox, Cənubi Qafqazda baş verən proseslərə də təsirini göstərəcək. Şübhəsiz, Sankt-Peterburqdakı görüşə fürsət kimi baxan Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Qərbin yox, Moskvanın vasitəçiliyi ilə aparılsın. Ola bilsin ki, üçtərəfli görüşün keçirilməsi də gündəmə gəlsin".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi