xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

DSX rəisi Ermənistana xəbərdarlıq edib: “İstənilən təhdidin qarşısı qətiyyətlə alınacaq”

6-10-2023, 10:00 20 dəfə baxılıb

DSX rəisi Ermənistana xəbərdarlıq edib: “İstənilən təhdidin qarşısı qətiyyətlə alınacaq”


“Bu gün bütün dövlət sərhəd xətti boyu, o cümlədən də Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraiti ciddi nəzarətimiz altındadır, sərhəd təhlükəsizliyimizə qarşı yönələ bilən istənilən təhdidin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.

O vurğulayıb ki, 2022-ci il sentyabr ayında sərhəd döyüş məntəqələrimizə qarşı təxribat törədən düşmən Azərbaycan əsgərinin döyüş əzminin, Azərbaycan sərhədçisinin döyüş ruhunun bir daha şahidi oldu: “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı, düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı, döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”.

E.Quliyev xatırladıb ki, döyüş əməliyyatları zamanı “Harop” və “Quzğun” zərbəendirici PUA-larının döyüş tətbiqi nəticəsində düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 7 ədəd "S-300" sistemi (44 günlük müharibədə isə 8 ədəd məhv edilib), döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125" kompleksinin idarəetmə stansiyaları, "P-18" radiolokasiya sistemi, R-330 "Jitel" elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi: “Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu.

Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi