xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?

27-09-2022, 14:22 30 dəfə baxılıb

Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev "Azərbaycan” qəzetinə müsahibəsində Ermənistanın sentyabrın 13-14-də törətdiyi təxribatlardan danışıb.

E.Quliyev bildirib ki, sentyabrın 13-dən Ermənistan bölmələrinin dövlət sərhədinin Zəngilan rayonu istiqamətində genişmiqyaslı təxribatının qarşısı qəhrəmancasına alındı.

"Düşmənin canlı qüvvəsi, artilleriya və minaatanla yanaşı döyüş postları, dayaq məntəqələri, atəş nöqtələri zərərsizləşdirildi”, - deyə o əlavə edib.

Elçin Quliyev Azərbaycanın döyüşlər zamanı istifadə etdiyi müasir silahlara da diqqət çəkib.

"Döyüş əməliyyatları zamanı "Harop” və "Quzğun” zərbəendirici PUA-lardan istifadə edildi. Nəticədə düşmənə uzaq məsafədən Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq imkanı verən 2 "S-300” zenit-raket divizionu, döyüş dəstləri ilə birlikdə 2 ədəd "S-125” kompleksinin idarəetmə stansiyaları, "P-18” radiolokasiya sistemi, R-330 "Jitel” elektron mübarizə mərkəzi və sistemin anten gücləndirici qurğuları, onlarca döyüş məntəqəsi məhv edildi. Dəqiq zərbələr nəticəsində düşmənin hərbi sursat anbarı sıradan çıxarıldı və bu hərbi bazadakı yanğın saatlarca raketlərin və sursatların partlaması ilə müşayiət olundu”,-deyə Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri altında böyük itkilər verdiyini görən və sərhəd-döyüş məntəqələrimizə qarşı hərbi təxribat törətməklə çox ciddi yanlış addım atdığını başa düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi öz havadarları vasitəsilə atəşkəs rejiminin bərpa olunması barədə müraciət etdi.

"Qısamüddətli olmasına baxmayaraq, hərb tariximizdə öz yerini tutacaq bu döyüş əməliyyatları növbəti dəfə Müzəffər Ali Baş Komandanımızın qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini bütün dünyaya nümayiş etdirdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi