xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Azərbaycan Rusiyanı Qarabağdan çıxarmağa hazırlaşır: Bakının 2 rıçağı

25-07-2023, 10:20 24 dəfə baxılıb

Azərbaycan Rusiyanı Qarabağdan çıxarmağa hazırlaşır: Bakının 2 rıçağı


Azərbaycan hökuməti Ermənistanla ABŞ və Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları müsbət qiymətləndirir, Rusiya Federasiyasının vasitəçilik səyləri barədə getdikcə daha çox mənfi fikirlər səsləndirir.

Bu barədə beynəlxalq “Eurasianet” informasiya saytının nəşrində qeyd olunur.

Vurğulanır ki, Azərbaycan “uzun müddətdir ki, Rusiya Federasiyasını qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin edə bilməməkdə ittiham edir”.

“Mövcud diskurs və son bəyanatlar göstərir ki, Azərbaycan Rusiyanın Qarabağdan çıxmasını təmin etməyə çalışır”, - nəşr qeyd edir.

Məqalədə bildirilir ki, buna nail olmaq üçün Bakının 2 rıçağı var:

- “Azərbaycandan keçən Şimal-Cənub dəhlizinin tam şəkildə həyata keçirilməsi, Moskva üçün həmişəkindən daha aktualdır. Azərbaycan üçün Şimal-Cənub dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi rıçaqdır”;

- “Rusiya üçün dövlətlərin anti-Rusiya cəbhəsinə qoşulmaması vacibdir. Azərbaycan Ukraynanı dəstəkləyir, humanitar yardım göstərir, lakin anti-Rusiya cəbhəsinə qoşulmur. Belə olan halda Azərbaycanın “neytrallığı” Moskva üçün həmişəkindən daha vacibdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi