xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 14:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 22:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 
  • 14:17 – İlham Əliyev Trampa başsağlığı verdi 

XİN: "Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası uğurla yekunlaşıb"

7-07-2023, 10:19 22 dəfə baxılıb

XİN: "Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası uğurla yekunlaşıb"


İyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclası uğurla yekunlaşıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər iclasında Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib.

"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb.

Tədbir zamanı, Hərəkatın gündəliyində duran və əhatə dairəsinə aid bir çox məsələnin əks olunduğu sənədlər yekdilliklə qəbul olunub.

Nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda konfrans xüsusi marağa səbəb olub.

Azərbaycanın sədrliyi ilə geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə də 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi