xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 

Ermənistan Bakı və Ankaranın yeni sistemindən vəlvələyə düşdü: “Rusiya sakit qalacaq”

23-06-2023, 10:29 18 dəfə baxılıb

Ermənistan Bakı və Ankaranın yeni sistemindən vəlvələyə düşdü: “Rusiya sakit qalacaq”


Türkiyə və Azərbaycanın hava komandanlığı sistemi yaratması ilə bağlı məlumat Ermənistanı bərk narahat edib.

Erməni politoloq David Arutyunov bu barədə danışarkən 44 günlük müharibə zamanı iki ölkənin hərbi-hava qüvvələrinin birgə işinin təcrübəsini irəli çəkib.

Üstəlik, yenidən hansısa ölkənin adını çəkməklə kimlərisə buna cəlb etmək niyyətlərini ortaya qoyublar.

“Ankara və Bakı öz silahlı qüvvələrinin, o cümlədən hava komponentinin yeni birləşməsinə nail olurlar. Türkiyə-Azərbaycan sistemi İran üçün də müəyyən problem yaradır. Ankara və Bakı Tehrana mesaj göndərərək, İranla Azərbaycan arasında qarşıdurma yaranarsa, onların Hərbi Hava Qüvvələrinin birgə hərəkət edəcəyinə eyham vurur”, - o müsahibəsində deyib.

Arutyunovun sözlərinə görə, çox şey Rusiya-Türkiyə münasibətlərinin inkişafından asılı olacaq, yəni hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən - qarşıdurma və ya konsolidasiyadan.

“Hələlik heç kim bu sistemin parametrləri və alqoritmi haqqında danışa bilməz”, - o deyib.

Politoloq bildirib ki, Ermənistanın hava məkanındakı hərəkətlərə nəzarət etmək məqsədilə Azərbaycan əsasən yerüstü radar stansiyalarından istifadə edir: “İndi isə buna hava izləmə komponenti əlavə olunur. Türkiyənin hərbi-texniki imkanları nəzərə alınaraq Azərbaycan ciddi şəkildə gücləndiriləcək”.

Erməni ekspert deyib ki, Türkiyə və Azərbaycanın hərəkətləri Ankaranın Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirir və nəzəri baxımdan Moskva ilə Ankara arasında rəqabəti artıra bilər:

“44 günlük müharibədə Ankara ilə Bakı arasında sıx əməkdaşlıq Türkiyənin Azərbaycanda hərbi mövcudluğu Moskvadan heç bir kəskin reaksiyaya səbəb olmadı. Bu fonda Rusiyanın Azərbaycan və Türkiyənin hava qüvvələrinin birləşməsi kontekstində indi də nisbətən sakit reaksiya verəcəyi ehtimal olunur”.

Xatırladaq ki, Ankara-Bakı birgə hava nəzarəti sisteminin yaradılması barədə bu yaxınlarda Türkiyə müdafiə sənayesi idarəsinin rəisi Haluk Gergün tərəfindən elan edilmişdi. Bununla hər iki ölkənin hava qüvvələri birgə əməliyyatlar həyata keçirə, habelə Azərbaycanın hava məkanına nəzarət edə bilərlər. Hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər olan əraziləri əhatə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi