xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:46 – Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb 
  • 15:43 – Prezidentdən Sahil Babayevin yerinə TƏYİNAT 
  • 15:09 – İlham Əliyev Ərdoğana başsağlığı verib 
  • 14:03 – İlham Əliyev “Vətən” İdman Liseyində - FOTO 

Əliyevin İran açıqlaması: Bakının tələbləri gündəmdə

4-05-2023, 10:22 22 dəfə baxılıb

Əliyevin İran açıqlaması: Bakının tələbləri gündəmdə


Əliyevin İranla münasibətlərə dair açıqlaması Tehranın Bakıya normallaşma mesajı verdiyini, lakin tələblərin hələ də icra edilmədiyini deməyə əsas verir.

Bakının tələbləri aydındır: səfirliyimizə qarşı törədilən teraktın icraçısı və sifarişçiləri cəzalandırılmalıdır; Azərbaycana qarşı terror və təhdid dilindən imtina edilməlidir; İranda mənzillənən, Azərbaycanda konstitusiya quruluşunu devirmək planlarının icrasının həvalə edildiyi “Hüseyniyyun” qruplaşmasının üzvləri neytrallaşdırılmalıdır.

Bu kontekstdə “Hüseyniyyun”un rəhbərlərinin – Tohid İbrahimbəyli və Orxan Məmmədovun bir həftə öncə həbs edildiyi xəbərlərinin yayılması, bu gün isə onların Qumda mollalarla poz verməsi diqqət çəkir.

Ceyhun Bayramovla Abdullahianın bir müddət öncə iki gün davam edən telefon müzakirəsi zamanı Bakının bu şəxslərin neytrallaşdırılması və Azərbaycana təhvil verməsi tələbini də irəli sürdüyü istisna deyil. Bunun fonunda onların “həbs xəbəri” və “azad edilməsi”nin birdən çox hədəfi ola bilər:

Birincisi, İran Azərbaycanın tələb etdiyi bu şəxsləri qorumaq, yaxud gizlətmək üçün “həbs edildiyi” informasiyasını tirajladı;

İkincisi, onlar həqiqətən də həbs olunub, lakin rejim daxilində bununla bağlı fikir ayrılıqları olduğu üçün nəticədə azad ediliblər;

Üçüncüsü, Tehran Bakıya bu tələbinin yerinə yetirilməsinin əlində olduğunun, lakin bunun üçün istəklərinin nəzərə alınmasının mesajını verir.

“Hüseyniyyun” qruplaşmasının “neytrallaşdırılması” mümkündür, hətta 2018-ci il Gəncə hadisələrindən sonra qruplaşma bir müddət yer altına çəkildi. 2020-ci ilin Tovuz döyüşlərinə qədər əsasən “dini maarifləndirmə” adı altında çıxış edirdilər. Tovuz döyüşlərindən dərhal sonra qruplaşma “Türkiyənin Azərnbaycana gəlişinə” dair İran maraqlarını müdafiə edən antitürkiyə təbliğatına başladı. 44 günlük müharibə və sonrasında da eyni xətt davam etdirildi. İndi İranın onları müvəqqəti susdurulması ola bilər, lakin ideoloji olaraq imtina etmələri mümkünsüz görünür. Çünki Qasım Süleymaninin “xaç atası” olduğu “Hüseyniyyun” qruplaşması Hizbullah ideologiyasının uzantısıdır və Azərbaycanda silahlı dəstələr yaratmaq üçün ortaya atılıb. Bu baxımdan, qruplaşma üzvlərinin Azərbaycana ekstradisiya olunması ehtimalı olduqca azdır.

Bununla yanaşı, İrandan son günlər Azərbaycana qarşı informasiya hücumları səngisə də, səfirliyimizdə terakt törətmiş terrorçu və hücumun sifarişçiləri hələ də qorunur. Və bu məqamlar Bakı-Tehran xəttində münasibətlərin normallaşması ehtimalını da zəiflədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi