xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

29-03-2023, 11:17 18 dəfə baxılıb

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...


DTX-nın İran casusları ilə bağlı dünən yayımladığı videoda saxlanılan şəxslərin sözlərindən məlum olur ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

"Bir gün sonra Fazil Mustafaya qarşı sui-qəsd təsadüfi ola bilməz və görünür, saxlanılanlar olsa da, hələ də fəaliyyət göstərən casuslar var", - o bildirib.

O əlavə edib ki, Fazil Mustafaya hücumun Azərbaycan dövlətinə mesaj olduğu və arxasında İran faktorunun dayandığı ehtimalı böyükdür:

"Fazil bəyi fikirlərinə görə irançılar uzun müddət idi təhqir və təhdid edirdr. Terroru daxilimizə keçirə biləcəklərini deyirlər. "Kalaşnikov"la hücum imzası davam edir".

Qeyd edək ki, 28 mart 2023-cü ildə saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.

Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi