xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Ombudsman Aparatı: “Ermənistan soyqırımı cinayətləri törətməkdə Fransadan nümunə götürə bilər”

15-03-2023, 11:05 19 dəfə baxılıb

Ombudsman Aparatı: “Ermənistan soyqırımı cinayətləri törətməkdə Fransadan nümunə götürə bilər”


“Təəssüf ki, elə ölkələr var ki, Ermənistan məhz dini və irqi xüsusiyyətlərinə görə soyqırımı cinayətini törətməkdə nümunə götürə bilər. Bu ölkələrdən biri də Fransadır. Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Ermənistanın işğalı zamanı Azərbaycanın tarixi və ata-baba torpaqlarında olan bütün mülki obyektlər, mədəniyyət və dini memarlıq abidələri - məscidlər, dini ibadət yerləri, qəbiristanlıqlar amansızcasına dağıdılıb, təhqir və talan edilib:

“Bir çox beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın törətdiyi bu vandalizm aktlarını birbaşa müşahidə edərək öz hesabatlarında qeyd ediblər”.

A.Səfixanlı söyləyib ki, Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri 2021-ci ilin sentyabrında Azərbaycanda faktaraşdırıcı missiya zamanı işğaldan azad edilmiş rayonlara səfər etmək imkanı qazanıblar:

“Nümayəndə heyəti Ağdama səfəri zamanı fiziki infrastruktura, zəngin mədəni və dini irsə dəymiş dönməz ziyanın miqyasının şahidi olmaqdan şoka düşüb. 1870-ci ildə tikilmiş və təkcə dini məkan deyil, həm də mədəni irs olan Mərkəzi Camiyə məscidi aşkar şəkildə vandalizmə məruz qalıb. Onun həm içində, həm də çölündə güllə və mərmi izləri var idi. Məscid erməni işğalı zamanı inək, at və donuzlar üçün tövlə kimi istifadə edilərək təhqir olunub. Amma bütün bunların ən pis tərəfi odur ki, insanlar milli və ya dini mənsubiyyətlərinə görə soyqırımına məruz qalırlar”.

Aparat rəhbəri xatırladıb ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı islamofobiya və türkofobiyanın bariz təzahürüdür:

“Xocalıda dinc əhali müsəlman, türk olduğu üçün qətlə yetirilib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət nəticəsində Azərbaycanın 600-dən çox dinc sakini, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi