xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:23 – Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR 
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

15-03-2023, 09:42 15 dəfə baxılıb

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans keçirilir - YENİLƏNİB


Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

"Report" xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri beynəlxalq konfransa qatılıb.

İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Konfransın bölmə iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edəcək.

Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.

***
Bu gün Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayır.

“Report” xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçiriləcək.

31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri beynəlxalq konfransa qatılacaqlar.

İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.

Konfransın bölmə iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiroloji nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edəcək. Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi