xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Rusiya Vardanyanı indi də İrəvana PAZ EDİR? - O HƏLƏ VİDALAŞMAYIB...

28-02-2023, 15:00 19 dəfə baxılıb

Rusiya Vardanyanı indi də İrəvana PAZ EDİR? - O HƏLƏ VİDALAŞMAYIB...


Ruben Vardanyanın Qarabağda "dövlət naziri" vəzifəsindən kənarlaşdırılması ilə Azərbaycan prezidenti İlham Əliyevin Münhen tələbləri yerinə yetirilir.

"Verelq" nəşrinin yaydığı məlumata görə, bunu erməni siyasi strateq Karen Köçəryan deyib.

“Arayik Arutyunyan və Ermənistanın indiki hakimiyyəti bütün tələbləri bir-bir yerinə yetirir. Əvvəlcə bir az, sonra daha çox. Amma artıq yerinə yetirilən tələblərə yeni tələblər əlavə olunur”, - deyə Köçəryan “Kizaket” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Əliyevin tələblərini yerinə yetirərkən düşməni sakitləşdirmək taktikasını həyata keçirir, yəni Azərbaycan tərəfi ilə münasibətlərin daha da gərginləşməsinin qarşısını almağa çalışır. "Ruben Vardanyan ona görə təhlükə idi ki, o, Ermənistan və Qarabağın gələcəyi ilə bağlı baxışı 29,8 min kvadrat kilometrdən kənara çıxan yeganə məmur idi"- K.Köçəryan belə deyib.

Koçaryan hesab edir ki, Vardanyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsində Rusiya tərəfinin də əli ola bilər. Onun fikrincə, Rusiya tərəfi nə özü üçün ikinci cəbhə yaratmaqda, nə də erməni əhalisinin Qarabağdan tamamilə köçməsində maraqlı deyil. Ona görə də Rusiya tərəfi eskalasiyanın qarşısını alaraq vaxtı uzatmağa çalışır və bu da öz növbəsində bu qəbildən olan addımları ehtiva edə bilər.

“Ancaq qeyd etmək istərdim ki, Vardanyanın dövlət naziri postundan getməsi ilə bu dastan bitmir. Məncə, Vardanyan geosiyasi baxımdan konsensus fiqurudur" - deyən Köçəryan onun şəxsiyyətinə diqqətin yüksək olduğunu və getməsi ilə də bu marağın aradan qalxmadığını bildirib. //moderator.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi