xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Milli Məclisdə təhsil sahəsi kəskin tənqid edildi

27-12-2022, 13:11 46 dəfə baxılıb

Milli Məclisdə təhsil sahəsi kəskin tənqid edildi


Deputatlar bu gün Milli Məclisin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı təhsil sahəsindəki durumu kəskin tənqid ediblər.

Deputat Aqil Abbas çıxışında deyib ki, qanun qəbul etməklə təhsil sahəsini düzəldə bilmirik: “Orta məktəbdə aşağı sinif şagirdlərinin çantaları elə ağır olur ki, ona güc çatmır. Onlar böyüyəndə ya qozbel olacaq, ya da “ştanqist”.
Deputat onu da əlavə edib ki, digər diqqətini çəkən məsələ müəllimlərə olan münasibətdir: “Orta məktəb müəllimlərinin üzərinə çox düşümük. Bu maaşla bizim ərköyün balalarımıza dərs deməsi, əsl qəhrəmanlıqdır. Bizim övladlarımıza elm, təhsil verən müəllimləri sanki özümüzə qul etmişik”.

Deputat Siyavuş Novruzov isə təhsilin pillələlərindən narazılığını dilə gətirib, bunların aradan qaldırılmasını təklif edib.

“Yeni qanunun hazırlanmasını təklif edirəm. Təhsildə bu qədər pillə olmaz. Bunlar yığışdırılmalıdır”- deputat qeyd edib.

Deputat Sabir Rüstəmxanlı isə təhsilin bir mərkəzdə təmərküzləşməsinə qarşı çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi