xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Ermənilərin Qarabağ hiyləsi: Kreml nə edəcək? - GƏLİŞMƏ

5-12-2022, 16:00 65 dəfə baxılıb

Ermənilərin Qarabağ hiyləsi: Kreml nə edəcək? - GƏLİŞMƏ


Erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onların arxasında duran Qərb xüsusi xidmət orqanlarının (MKİ və s.) hədəfi və tapşırığı rus sülhməramlıları ilə Azərbaycan Ordusu arasında toqquşma yaratmaqdır və bunu Rusiya-Azərbaycan genişmiqyaslı hərbi münaqişəsinə çevirməkdir.

Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, bu münaqişə halında Türkiyə və onun üzvü olduğu NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaza daxil ola bilər:

“Əslində, söhbət hazırda xüsusi hərbi əməliyyat keçirən və bütün hərbi və iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.

Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.

Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçıları Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir.

Rusiya Federasiyası öz milli maraqlarının zərərinə dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da.

Kaliforniyada isə “Artsax” yaradılmalıdır – orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur: ATƏT-in Minsk Qrupu - kömək edin!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi