xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Zakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEO

4-11-2022, 12:20 28 dəfə baxılıb

Zakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEO


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri "Tank ovçuluğu" təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.
Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.

Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.
Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.



Zakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEOZakir Həsənov tank və komando hərbi hissələrində təlimləri izləyib - FOTO/VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi