xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEO

6-10-2022, 10:27 31 dəfə baxılıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEO


2022-ci ilin planına əsasən Türkiyə Respublikasının Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələri birgə təlim keçir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Təlim iştirakçıları plana əsasən gecə və gündüz şəraitində fərdi və qrup şəklində taktiki atışlar, qarışıq qruplar şəklində birgə marş, pusqu və basqın, eləcə də dənizdə xüsusi qapalı sualtı tənəffüs aparatlarından istifadə etməklə uzun məsafələrə sualtı üzmə tapşırıqları yerinə yetirəcəklər.

Təlim oktyabrın 14-dək davam edəcək.



Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEOAzərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEOAzərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEOAzərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEOAzərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə cəlb olunublar - FOTO/VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi