xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Deputatdan sərt çıxış: "Bu qaragüruçkalar ölkəmiz üçün erməni qədər təhlükəlidir"

30-03-2022, 10:37 58 dəfə baxılıb

Deputatdan sərt çıxış: "Bu qaragüruçkalar ölkəmiz üçün erməni qədər təhlükəlidir"


"Gərgin vəziyyətdə bir neçə dəfə söz alıb erməni spikeri tutarlı arqumentlərlə susduran Azərbaycan Respublikası Milli Məclisinin xanım sədrinə dəstək vermək əvəzinə hamısı bir texniki səhvə ilişib qalıb".

Bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin sədri Sahibə Qafarovanın Almatı şəhərində keçirilən iclasda müzakirə mövzusu olan çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, texniki səhvə görə S.Qafarovanı qınayanları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır:

"Demək ki, çıxışda dəfələrlə Azərbaycan Respublikası sözü işlədilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə səhvən yer alıb, bütün qaragüruh yenə dövrəyə girib. Demək ki, bunları erməniyə verilən cavabların mahiyyəti maraqlandırmır, erməni spikerin Azərbaycanın bütün şərtləri ilə razılaşdığı etirafı heç maraqlandırmır, düşünürlər ki, necə edək ölkənin maraqlarını bu cür platformada müdafiə edənləri qaralayaq. Dünən bir ləyaqətsiz Rusiya müdafiə nazirliyinin açıqlamasına istinad edərək ordumuzu qınayırdı ki, niyə Fərruxdan geri çəkilmisiniz, bu gündə onunla eyni qafada olanlar öz yüksək səviyyəli çıxışı ilə ermənini çıxılmaz vəziyyətə salan bir Azərbaycan xanımına qarşı təhqirə keçiblər. Həmin şəraitdə bir cümlə söyləməyə qadir olmayanlar yenə də vətənpərvərlik dərsi keçirlər. Bu qaragüruhçular və qaragüruçkalar ölkəmiz üçün ən azı erməni qədər təhlükəlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi