xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Ukrayna azərbaycanlıları Prezident İlham Əliyevə müraciət edib

15-02-2022, 12:23 38 dəfə baxılıb

Ukrayna azərbaycanlıları Prezident İlham Əliyevə müraciət edib


Ukraynadakı 40-dan çox diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 200 nəfərə yaxın diaspor rəhbəri və fəalının imzaladığı müracətdə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən diasporumuzun göstərdiyi əzm, iradə, sarsılmaz birlik və həmrəylik alqışlanıb.

Qeyd olunub ki, 44 günlük müqəddəs savaşda xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, həmçinin Azərbaycandan köçmüş digər xalqların nümayəndələri Ali Baş Komandanın yanında oldu. Ukrayna dövlətinin də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədiyini vurğulayan müracət müəllifləri bildirib ki, yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər diasporumuzun səmərəli fəaliyyəti üçün zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini hər zaman yüksək qiymətləndirir, ölkəmizin təbliği işində yaxından iştirak edirlər.

Müraciətdə Qarabağ zəfəri ilə xaricdəki soydaşlarımıza yaşatdığı qürur hissinə görə Ali Baş Komandana minnətdarlığını bildirən Ukrayna Azərbaycanlıları Radası dünya azərbaycanlılarını Azərbaycan dövlətinin və onun liderinin ətrafında birləşməyə, ölkənin çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırıb.

Müraciət Ukrayna Azərbaycanlıları Radasının II Qurultayında qəbul olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi